Çempionlar Liqasında qolsuz gecə - YENİLƏNİB

Hit: 613
Çempionlar Liqasında qolsuz gecə - YENİLƏNİB

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları davam edir.

Faktor.az xəbər verir ki, bu gecə daha iki matç keçirilib. "Liverpul" doğma meydanda "Bavariya"nı,  "Lion" isə "Barselona"nı qəbul edir. Hər iki görüşdə qapılara top vurulmayıb. Səfərdə qolsuz heç-heçəyə nail olan "Barselona" və "Bavariya" evə sərfəli nəticə ilə qayıdıb.

Bu komandalar arasında cavab matçları martın 14-də keçiriləcək.

Qeyd edək ki, 1/8 finalın mərhələsinin ilk oyunlarına fevralın 20-də "Şalke" - "Mançester Siti" və "Atletiko" - "Yuventus" görüşləri ilə yekun vurulacaq.

UEFA Çempionlar Liqası

1/8 final, ilk oyunlar

19 fevral

00:00. "Liverpul" (İngiltərə) - "Bavariya" (Almaniya) - 0:0

Baş hakim: Canluka Rokki (İtaliya)

Liverpul. "Enfild Roud" stadionu

00:00. "Lion" (Fransa) - "Barselona" (İspaniya) - 0:0

Baş hakim: Cüneyt Çakır (Türkiyə)

Lion. "Olimpik Lion" stadionu









Redaktorun seçimi