"Neftçi" bir itki ilə başladı

Hit: 236
"Neftçi" bir itki ilə başladı
"Neftçi” Topaz Premyer Liqasının XVIII turunda qarşılaşacağı "Səbail”lə oyunun hazırlığına start verib. 
 
Faktor.az xəbər verir ki, komandada iki günlük istirahət başa çatıb.
 
"Ağ-qaralar" bu gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Zədəli Aqil Məmmədovdan başqa bütün futbolçuların iştirak etdiyi hazırlıq prosesində toplu çalışmalar və müxtəlif təmrinlər yerinə yetirilib. Məşqə ikitərəfli oyunla yekun vurulub. Hazırlıq sabah bir məşqlə davam edəcək.
 
Qeyd edək ki, "Neftçi" - "Səbail" oyunu fevralın 24-də keçiriləcək.








Redaktorun seçimi