Vüqar Həşimovun xatirəsinə həsr olunmuş superturnirin vaxtı müəyyənləşdi

Hit: 274
Vüqar Həşimovun xatirəsinə həsr olunmuş superturnirin vaxtı müəyyənləşdi

"Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess" superturniri bu il də keçiriləcək. İlk tur martın 31-də nəzərdə tutulub". 

Faktor.az xəbər verir ki, bunu "report"a "Microsoft Azerbaijan" şirkətinin baş direktoru və mərhum şahmatçı Vüqar Həşimovun qardaşı Sərxan Həşimovdeyib.

S.Həşimovun sözlərinə görə, yarışda məşhur şahmatçılar iştirak edəcəklər: "ShamkirChess" dünyanın ən güclü yarışlarından biri olacaq. Superturnirə Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov kimi yerli qrossmeysterlərdən əlavə, digər güclü şahmatçılar da qatılacaqlar. Təşkilatçılar turnirə çox yaxşı hazırlaşıblar. Növbəti uğurlu turnirimizin başlanmasına hazırıq". 

Qeyd edək ki, "ShamkirChess" 2014-cü ildən keçirilir. Əvvəlki 5 superturnirdən 3-də qalib adını dünya çempionu Maqnus Karlsen, qalan 2-də Şəhriyar Məmmədyarov qazanıb.  









Redaktorun seçimi