AFFA "Səbail"i cərimələdi

Hit: 315
AFFA "Səbail"i cərimələdi

AFFA-nın İntizam Komitəsi "Səbail"i cərimələyib.

Faktor.az AFFA-nın saytına istinadən xəbər verir ki, buna səbəb Topaz Premyer Liqanın 17-ci turunda "Sabah"la keçirilmiş ev oyununda klubun səhlənkarlığa yol verməsidir.

Görüşün birinci hissəsi 3, ikinci yarısı isə 9 dəqiqə gec başlayıb. Bununla bağlı Hakimlər Komitəsi tərəfindən İntizam Komitəsinə əlavə məlumat daxil olub. Qərara əsasən "Səbail" 2400 manat cərimələnib.









Redaktorun seçimi