İspaniya superkuboku üçün yeni təklif

Hit: 281
İspaniya superkuboku üçün yeni təklif

İ​spaniya Futbol Federasiyasının prezidenti Luis Rubiales ölkə superkubokunun yeni sxem üzrə keçirilməsini təklif edib.

Faktor.az İspaniya mətbuatına istinadən xəbər verir ki, o, turnirdə təkcə çempion və kubokun sahiblərinin oynamağını istəmir. Qurum rəsmisi yarışın "Dördlər finalı" formatında təşkilini məqsədəuyğun sayıb. O, turnirdə çempion və kubokun sahibi ilə yanaşı, kubokun finalçısı və çempionatın ikincisinin də iştirakını istəyir.

Rubiales bu təklifi federasiyanın növbəti iclasında müzakirə edəcəklərini deyib.









Redaktorun seçimi