"Zenit" - "Fənərbaxça": hakim təyinatları açıqlandı

Hit: 342
"Zenit" - "Fənərbaxça": hakim təyinatları açıqlandı

UEFA Avropa Liqasının 1/16 final mərhələsinin "Zenit" - "Fənərbaxça" cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

Faktor.az Rusiya klubunun saytına istinadən xəbər verir ki, matçı İngiltərə Futbol Federasiyasından Maykl Oliver idarə edəcək. Ona Stuart Bert, Saymon Bennett köməklik edəcək. Dördüncü hakim funksiyasını İan Xussin yerinə yetirəcək. Kavana Kristofer və Andre Marriner isə əlavə köməkçi hakimlər olacaq.

Qeyd edək ki, "Zenit"- "Fənərbaxça" görüşü fevralın 21-i Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Bu komandalr arasında ilk qarşılaşmada İstanbul klubu 1:0 hesabı ilə qalib gəlib.









Redaktorun seçimi