Pedro Enrike qolla başladı

Hit: 315
Pedro Enrike qolla başladı

Qış fasiləsində "Astana"dan ayrılıb, müqavilə ilə məxsus olduğu PAOK-a qayıdan Pedro Enrike təqribən ilyarımlıq fasilədən sonra Saloniki təmsilçisinin heyətində meydana çıxdığı ilk oyunda qol vurub.

Faktor.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Yunanıstan Superliqasının 21-ci turunun "Apollon"la səfər oyununda fərqlənib. Görüşün 88-ci dəqiqəsində rəqib qapısına yol tapan 28 yaşlı futbolçu komandasının 5:1 hesablı qələbəsini rəsmiləşdirib.

Qeyd edək ki, Pedro 2017-2018 mövsümündə icarə əsasında "Qarabağ"ın da formasını geyinib.









Redaktorun seçimi