"Mənə Azərbaycan millisində oynamaq təklif olunub" - israilli futbolçu

Hit: 292
"Mənə Azərbaycan millisində oynamaq təklif olunub" - israilli futbolçu

"Azərbaycan çempionatında 8 komanda çıxış edir. Digər ölkələrdə olduğu kimi, burada da zəngin və nisbətən zəif klublar var. "Sumqayıt" yaxşı insanların çalışdığı yaxşı klubdur. Bu komanda mənə "Bney Yehuda"nı xatırladır. Şəhər isə gözəl Bakının yaxınlığında yerləşir".

Faktor.az İsrail mətbuatına istinadən xəbər verir ki, bu sözləri "Sumqayıt"ın yarımmüdafiəçisi Əmir Ağayev deyib. Qış fasiləsində Təl-Əviv "Hapoel"indən transfer olunan futbolçu ölkəmizə adaptasiyasiyasından söz açıb. Ağayev bu mövsümün əvvəlində "Sumqayıt"a keçən digər israilli oyunçu Əmir Ağayevin ona bu məsələdə yaxından kömək etdiyini bildirib:

"Əli Babayev olmasaydı, bəlkə də hər şey mənim üçün daha da çətin olardı. Rus dilini bilirəm, burada isə həm azərbaycanca, həm də rusca danışırlar. Əli çox şeydə mənə kömək edir, bütün gün bir yerdə oluruq. Onun evinə yaxın yerdən mənzil kirayayə götürmüşəm. Burada İsrail telekanallarına baxa bilirəm. Həmçinin oradakı dostlarımla əlaqə saxlayıram. Əvvəllər Əli ilə bir-birimizi tanımırdıq. İndi isə yaxşı dostuq və bunun ona da köməyi olur".

Azərbaycan vətəndaşlılığı almağa hazırlaşdığını vurğulayan yarımmüdafiəçi "Siz özünüzü bu ölkənin millisində görürsünüzmü" sualına bu cür cavab verib: "Sumqayıt"ın prezidenti Riad Rəfiyev mənə milli komandada oynamağı təklif etdi. Görək, necə alınacaq. Mən əsl israilliyəm, damarlarımda israilli qanı axır. Ona görə də bu cür qərarları qəbul etmək asan deyil".

"Sumqayıt"la 1.5 illik müqavilə bağlayan Ağayev Azərbaycanda yaxşı qazandığını gizlətməyib: "Yaxşı mövsüm keçirmək şansım var. Onlar mənimlə ilyarımlıq müqavilə bağladılar. Burada müqavilə çox vacibdir. Maliyyə baxımından narahat deyiləm. Çünki karyeramın bu vaxtında ailəm üçün pul qazanmağı düşünürəm".









Redaktorun seçimi