"Mançester Yunayted"in futbolçusu xərçəngə yoluxub

Hit: 295
"Mançester Yunayted"in futbolçusu xərçəngə yoluxub

"Mançester Yunayted"in futbolçusu xərçəngə yoluxub.

Faktor.az xəbər verir ki, bu barədə klub rəsmi açıqlama yayıb.

Bildirilir ki, klubun U-23 komandasının üzvü Maks Teylorda xərçəng xəstəliyi aşkarlanıb. 19 yaşlı mərkəz müdafiəçisinin kimyaterapiyaa prosesinə başladığı bildirilən açıqlamada ona uğurlar arzulanır.

Maks Teylor isə açıqlamasında "İlk gündən mənə dəstək olan, yardım edən hər kəsə təşəkkür edirəm. Kəlimələr ailəmin nə qədər dəstək etdiyini təsvir etmək üçün yetməz. Anam, ögey atam Matteyin, böyük qardaşım Corcun, bacım Meir və sevgilim Lidiya ilə ailəmin digər üzvləri çox dəstək verdi" deyib.









Redaktorun seçimi