Paşayev 63 dəqiqə oynadı - ermənilərə qarşı

Hit: 264
Paşayev 63 dəqiqə oynadı - ermənilərə qarşı

Milli komandamızın üzvü Pavel Paşayevin formasını geyindiyi "Aleksandriya" Türkiyə toplanışında növbəti yoxlama oyununu keçirib.

Faktor.az xəbər verir ki, Ukrayna klubu Ermənistan təmsilçisi "Alaşkert"lə qarşılaşıb. Görüş "Aleksandriya"nın minimal hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 20-ci dəqiqədə Artyom Polarus vurub.

Qeyd edək ki, oyuna start heyətində başlayan Paşayev 63-cü dəqiqədə əvəzlənib.









Redaktorun seçimi