Millimizin üzvü Türkiyəyə getdi

Hit: 308
Millimizin üzvü Türkiyəyə getdi

Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Rusiyanın “Krılya Sovetov” klubu təlim-məşq toplanışınının sonuncu - 3-cü mərhələsi üçün yenidən Türkiyəyə yollanıb.

Faktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Samara təmsilçisi hazırlıq keçəcəyi Antalyanın Bələk bölgəsinə 25 futbolçu ilə gedib ki, onların arasında Şeydayev də var.

Qeyd edək ki, "Krılya Sovetov" Antalyada 4 yoxlama oyunu keçirəcək. Komandanın bundan əvvəlki 2 toplanışı müvafiq olaraq, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyədə olmuşdu.









Redaktorun seçimi