İkardi "Yuventus"a keçir? - "İnter"dən açıqlama

Hit: 325
İkardi "Yuventus"a keçir? - "İnter"dən açıqlama

"İnter"in prezidenti Stiven Çjan komandanın futbolçusu Mauro İkardinin "Yuventus"a keçəcəyi barədə yayılan iddialara  münasibət bildirib.

Faktor.az  İtaliya mətbuatına istinadən xəbər verir ki, o, argentinalı hücumçunu Turin klubuna satmağı planlaşdırmadıqlarını bildirib: "İkardinin "Yuventus"a keçmək şansı  demək olar ki, yoxdur. Biz onunla yeni müqavilə  imzalamaq barədə danışıqlar aparırıq".

Qeyd edək ki, 25 yaşlı futbolçu bu mövsüm Milan təmsilçisinin heyətində 28 oyunda 15 qol vurub, 3 qol ötürməsi edib.

Xatırladaq ki, "İnter"lə yeni müqavilə məsələsində razılığa gələ bilmədiyi üçün İkardidən kapitanlıq sarğısını alındığı iddia olunur.









Redaktorun seçimi