"Bavariya"nın futbolçusu zədələndi

Hit: 250
"Bavariya"nın futbolçusu zədələndi

"Bavariya"nın futbolçusu Leon Qoretska Çempionlar Liqasının 1/8  finalında "Liverpul"la ilk oyun öncəsi son məşqdə iştirak etməyib.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, buna səbəb onun zədələnməsidir. Yüngül zədəsi olan 24 yaşlı yarımmüdafiəçi komandadan ayrı çalışıb. Onun İngiltərə klubuna qarşı matçda oynayıb-oynamayacağı  hələlik məlum  deyil.

Qeyd edək ki, "Liverpul" - "Bavariya" görüşü fevralın 20-i Bkı vaxtı ilə 00:00-da başlayacaq.









Redaktorun seçimi