"Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm" - Yurçeviç

Hit: 279
"Azərbaycan millisinin baş məşqçisi olduğum üçün xoşbəxtəm" - Yurçeviç

Millimizin yeni baş məşqçisi Nikola Yurçeviç təyinatı ilə özünün  "Feysbuk" hesabında paylaşım edib.

Faktor.az xəbər verir ki, xorvatiyalı mütəxəssis AFFA prezidenti Rövnəq Abdullayev və Bakıda Azərbaycan bayrağı fonunda çəkilən şəklini paylaşıb və bu sözləri yazıb: "Azərbaycan milli komandasının baş məşqçisi olduğum üçün xoşbəxtəm".

Qeyd edək ki, N.Yurçeviç fevralın 11-də Azərbaycan millisinin baş məşqçisi təyin olunub.









Redaktorun seçimi