Almeydanın "Qarabağ"da 51-ci qolu - 316 gündən sonra

Hit: 253
Almeydanın "Qarabağ"da 51-ci qolu - 316 gündən sonra

"Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeydanın Topaz Premyer Liqanın 17-ci turunun "Qəbələ" ilə oyununda vurduğu qol braziliyalı milliləşmiş futbolçu üçün əlamətdar olub.

Faktor.az klubun rəsmi saytına istinadən xəbər verir ki, matçın 4-cü dəqiqəsində penalti zərbəsindən hesabı açan oyunçu 316 gün sonra yenidən Ağdam təmsilçisinin formasıyla fərqlənib. Sonuncu dəfə ötən il aprelin 7-sində "Səbail" oyunda rəqib qapısına yol tapan Almeyda "Qarabağ"da qol sayını da 51-ə çatdırıb.

Qeyd edək ki, "Qarabağ" - "Qəbələ" oyunu meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.









Redaktorun seçimi