De Xeaya fantastik təklif

Hit: 316
De Xeaya fantastik təklif

"Mançester Yunayted" mövsümün sonunda komanda ilə müqaviləsi başa çatacaq David de Xeaya fantastik şərtlərlə yeni sözləşmə təklif etməyə hazırlaşır.

Faktor.az Britaniya mətbuatına istinadən xəbər verir ki, "qırmızı şeytanlar" ispaniyalı qolkiperə həftəlik 365 min funt-sterlinq (təqribən 471 min dollar) verməyə hazırdır. 28 yaşlı qapıçı “Mançester Yunayted”də qalmağa razılıq versə, o, komanda yoldaşı Aleksis Sançes və “Arsenal”dan Məsut Özili geridə qoyaraq, Premyer Liqanın ən çox qazanan oyunçusu olacaq. 

Qeyd edək ki, 2011-ci ildən Mançester təmsilçisinin şərəfini qoruyan De Xea ilə PSJ yaxından maraqlanır.









Redaktorun seçimi