“Qalatasaray”a qol vuran "Benfika"lı cavab oyununu buraxacaq

Hit: 338
“Qalatasaray”a qol vuran "Benfika"lı cavab oyununu buraxacaq

“Qalatasaray”ın Avropa Liqasının 1/16 finalındakı rəqibi “Benfika” cavab oyunu öncəsi ciddi itki ilə üzləşib.

Faktor.az Portuqaliya klubunun saytına istinadən xəbər verir ki, komandanın aparıcı üzvü Eduardo Salvio zədə səbəbindən İstanbul təmsilçisi ilə qarşılaşmanı buraxacaq.

“Sarı-qırmızılar”ın 1:2 hesabı məğlub olduğu ilk oyunda qollardan birinin müəllifi olan 28 yaşlı yarımmüdafiəçi daha sonra zədələnərək meydanı tərk etmişdi. Tibbi müayinədən sonra ayaq sümüyündə problem olduğu aşkarlanan argentinalı futbolçunun 4 həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilib.

Qeyd edək ki, "Benfika" - "Qalatasaray" matçı fevralın 22-də keçiriləcək.









Redaktorun seçimi