Rayan Giqqz millimizin yer aldığı qrupu dəyərləndirdi

Hit: 337
Rayan Giqqz millimizin yer aldığı qrupu dəyərləndirdi

"Seçmə mərhələdə əsas rəqiblərimizə qarşı uğurlu başlanğıc etməliyik. Xorvatiya favoritdir. Qrup ikinciliyi uğrunda mübarizə isə bizimlə Slovakiya arasında gedə bilər".

Faktor.az xəbər verir ki, bu sözləri Uels millisinin baş məşqçisi Rayan Giqqz "Guardian"a açıqlamasında deyib. 

AÇ-2020-nin seçmə mərhələsinin millimizin də yer aldığı qrupdakı şansları barədə danışan çalışdırıcı ilk oyunları olan Slovakiyaya qarşı matçın onlar üçün çox vacib olduğunu vurğulayıb: "Slovakiyanın baş məşqçisi yeni olsa da, istedadlı futbolçuları var. Xüsusilə də Marek Hamşiki qeyd edərdim. O, “Napoli”də Maradonanın rekordunu yeniləyib. Slovakiya ilə ilk oyun bizim üçün çox önəmlidi".

Qeyd edək ki, Uels yığması Slovakiya ilə martın 24-də evdə qarşılaşacaq. Britaniyalılar Sentyabrın 6-da yığmamızı qəbul edəcək. 









Redaktorun seçimi