Rafael Ağayevdən bürünc medal

Hit: 306
Rafael Ağayevdən bürünc medal

“Qəbələ” İdman Klubunun və Azərbaycan milli komandasının karateçisi Rafael Ağayev növbəti mükafatını qazanıb. 

Faktor.az xəbər verir ki, idmançımız Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dubay Karate 1 Premyer Liqasında fərqlənib. Ağayev nüfuzlu yarışda 75 kq çəki dərəcəsində qüvvəsini sınayıb. 

Karateçimiz xorvatiyalı İvan Martinaçı 1:0, italiyalı Andrea Minardini 4:0, türkiyəli Erman Eltemuru 2:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Bəhmən Əsgəriyə 0:2 hesabı ilə uduzan Rafael bürünc medal uğrunda döyüşə çıxıb. Fransa təmsilçisi Loqan Da Kostanı məğlubiyyətə uğradan Ağayev turnirdə 3-cü yeri tutaraq bürünc mükafatın sahibi olub.









Redaktorun seçimi