"Napoli"dən xal itkisi, "İnter"dən çətin qələbə

Hit: 273
"Napoli"dən xal itkisi, "İnter"dən çətin qələbə

İtaliya A Seriyasının 24-cü turunda daha 6 oyun keçirilib.

Faktor.az xəbər verir ki, "Fiorentina" SPAL, "Empoli" "Sassuolo" üzərində böyükhesablı qələbə qazanıb. Bundan başqa, "Cenoa" "Latsio"nu, "Udineze" "Kyevo"nu, "İnter" isə "Sampdoriya"nı məğlub edib. Günün son oyununda isə "Napoli" "Torino"nun qonağı olub. Neapollular 90 dəqiqə ərzində rəqibin müqavimətini qıra bilməyib - 0:0.

Tura bu gün keçiriləcək "Roma" - "Bolonya" oyunu ilə yekun vurulacaq.

Qeyd edək ki, A Seriyasında turnir cədvəlinə 66 xalla "Yuventus" başçılıq edir. "Napoli" 53 xalla 2-ci, "İnter" 46 xalla 3-cüdür. Dördüncü sıradakı "Milan"ın isə 43 xalı var. Bir oyun az keçirən "Roma" isə 38 xalla 5-cidir.









Redaktorun seçimi