Yığmamız İspaniya toplanışını məğlubiyyətlə başa vurdu

Hit: 488
Yığmamız İspaniya toplanışını məğlubiyyətlə başa vurdu

İspaniyanın Mursiya şəhərində təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.

Faktor.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamız şotlandiyalı həmyaşıdları ilə qarşılaşıb. Görüş komandamızın məğlubiyyəti ilə başa çatıb - 0:2.

Qeyd edək ki, U-19 millimiz ilk yoxlama görüşündə İspaniyaya 0:2 hesabı ilə məğlub olub, ikinci matçda isə İspaniyanın “Ranero” klubunun müvafiq yaş qrupundan ibarət komandasını 6:1 hesabı ilə üstələmişdi.









Redaktorun seçimi