"Qarabağ" "Neftçi"yə yaxınlaşdı, Səbail"dən qələbə - YENİLƏNİB

Hit: 996
"Qarabağ" "Neftçi"yə yaxınlaşdı, Səbail"dən qələbə - YENİLƏNİB

Bu gün Topaz Premyer Liqada 17-ci tura yekun vurulacaq.

Faktor.az xəbər verir ki, günün ilk oyununda "Səbail" "Sabah"ı qəbul edib. Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.

Tura mərkəzi oyunla yekun vurulub. "Qarabağ" "Tofiq Bəhramov"da "Qəbələ"ni qəbul edib. Ağdam klubu lider "Neftçi"nin büdrəməsindən maksimum yararlanıb. Qurban Qurbanovun komandası 2:1 hesablı qələbə qazanaraq "ağ-qaralar"la xal fərqini minimuma endirib.

Topaz Premyer Liqa

17-ci tur

17 fevral (bazar)

15:00. “Səbail” – “Sabah” - 1:0

Hakimlər: Rəvan Həmzəzadə, Rza Məmmədov, Əli Cəbrayılov, Kamal Umudlu

“Bayıl Arena”

17:30. “Qarabağ” – “Qəbələ” - 2:1

Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Eyyub İbrahimov, Etibar Həsənov

Tofiq Bəhramov adına Respublika stadionu









Redaktorun seçimi