"Keşlə" - "Sumqayıt" matçının baş hakimi ikinci hissədə dəyişdi

Hit: 352
"Keşlə" - "Sumqayıt" matçının baş hakimi ikinci hissədə dəyişdi

Topaz Premyer Liqasının 17-ci turunda hazırda davam edən "Keşlə" - "Sumqayıt" oyununda hakim dəyişikliyi baş verib.

Faktor.az xəbər verir ki, görüşün baş hakimi Rauf Cabbarov ciddi zədələndiyi üçün fasilədən sonra meydana çıxmayıb. Onun əvəzinə matçın 4-cü hakimi Rauf Allahverdiyev ikinci hissədə baş hakim funksiyasını yerinə yetirir.

Qeyd edək ki, ikinci hissəsi davam edən "Keşlə" - "Sumqayıt" oyununda meydan sahibləri 1:0 hesabı ilə öndədir.









Redaktorun seçimi