"Panikada deyilik" - Sulşer

Hit: 279
"Panikada deyilik" - Sulşer

"Mançester Yunayted"in baş məşqçisi Ole-Qunnar Sulşer Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda PSJ-yə məğlubiyyətdən sonra komandadakı vəziyyəti şərh edib.

Faktor.az "Sky Sports"a istinadən xəbər verir ki, norveçli mütəxəssis panikada olmadıqlarını bildirib:

"Uduzduğumuz üçün panikada deyilik. Hər şeyi birdən dəyişmək olmaz, çünki bu, düşüncə tərzinə təsir etmir. İstədiyimiz futbolu oynamaq üçün əvvəlki qaydada hazırlaşmalıyıq. Bundan sonra da hücumameylli oyun sərgiləyəcəyik".

Qeyd edək ki, doğma meydanda PSJ-yə 0:2 hesabı ilə uduzan “Mançester Yunayted” növbəti mərhələ şansını çətinə salıb. Bu, həm də Sulşerin “qırmızı şeytanlar”ın sükanı arxasında ilk məğlubiyyəti olub.









Redaktorun seçimi