11 yaşlı idmançılarımız Latviyada üç medal qazandı - FOTOLAR

Hit: 438
11 yaşlı idmançılarımız Latviyada üç medal qazandı - FOTOLAR

Latviyanın paytaxtı Riqada keçirilən Gənclər Açıq Kuboku turnirində 2007-ci il təvəllüdədək idmançıların yarışları başa çatıb.

Faktor.az oxu.az-a istinadən xəbər verir ki, ölkəmizi təmsil edən Adil Əhmədzadə (2008) gümüş, Hüseyn Eylazov (2008) isə bürünc medal qazanıb.

Qızların oyunlarında isə Arzu Aslanova (2008) bürünc medala yiyələnib.

Qeyd edək ki, turnirdə Azərbaycan, Rusiya, Ukrayna, Estoniya, Belarus, İngiltərə, İslandiya, Polşa, Latviya, Litva, Özbəkistan, Norveç və Farer adalarından həmin yaş qrupunda altmışa yaxın idmançı mübarizə aparıb.

Digər yaş qruplarının oyunları 17 fevral tarixinədək davam edəcək.

1
1
1








Redaktorun seçimi