"Neftçi" yeni transferini sifariş etdi

Hit: 350
"Neftçi" yeni transferini sifariş etdi

"Neftçi" yeni transferi Petru Rakunu Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirib.

Faktor.az qurumun saytına istinadən xəbər verir ki, artıq moldovalı müdafiəçinin adı Bakı təmsilçisinin iştirak ərizəsinə salınıb. Əgər baş məşqçi Roberto Bardin şans versə, 31 yaşlı futbolçu bu gün Topaz Premyer Liqanın 17-ci turunun "Zirə" ilə səfər oyununda meydana çıxa bilər.

Qeyd edək ki, "Zirə" - "Neftçi" oyunu saat 17:30-da başlayacaq









Redaktorun seçimi