"Mançester Yunayted"də iki ciddi itki

Hit: 279
"Mançester Yunayted"də iki ciddi itki

"Mançester Yunayted"in futbolçuları Antonio Marsyal və Cessi Linqard 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Faktor.az Britaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə İngiltərə klubunun baş məşqçisi Ole-Qunnar Sulşer məlumat verib.

Beləliklə, onlar İngiltərə kubokunun 1/8 finalında "Çelsi", İngiltərə Premyer Liqasının 27-ci turunda "Liverpul"la oyunları dəqiq buraxacaq. Marsyal və Linqard Çempionlar Liqasının 1/8 finalında PSJ ilə cavab matçında da iştirak etməyə bilərlər.

Qeyd eək ki, hər iki oyunçu PSJ ilə ilk qarşılaşmada zədələnib.









Redaktorun seçimi