Sumqayıtda kuryoz qol - VİDEO - FOTOLAR

229 dəfə oxunub
Sumqayıtda kuryoz qol - VİDEO - FOTOLAR

Futbol üzrə Topaz Premyer Liqasının 16-cı turunun “Sumqayıt” - “Qarabağ” matçında kuryoz hadisə qeydə alınıb.

Faktor.az xəbər verir ki, matçın 20-ci dəqiqəsində Ağdam klubunun yarımmüdafiəçisi Filip Ozobiç rəqib qapısına yol tapsa da, qapı toru ilə bağlı problem arenaya toplaşan hər kəsi çaşdırıb.

Belə ki, qonaqlar qolu bayram edərkən hakimin qolu qeydə almadığını görüb və dərhal onun üzərinə hücum çəkiblər. Buna isə topun qapı torunu deşərək çölə çıxması səbəb olub. Baş hakim Orxan Məmmədov yan xətt hakimi ilə söhbət edərkən onlara qulaqcıq vasitəsilə topun qapıya daxil olduğunu bildiriblər. Hakimlər də yalnız ondan sonra qolu qeydə alıblar.

Oyunun ilk hissəsi "Qarabağ"ın 0-1 hesablı qələbəsi ilə başa çatıb.

Həmin görüntüləri təqdim edirik:

1



Redaktorun seçimi