Hazard "Real"la anlaşdı

Hit: 235
Hazard "Real"la anlaşdı

"Çelsi"nin yarımmüdafiəçisi Eden Hazard karyerasını "Real"da davam etdirəcək.

Faktor.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, belçikalı futbolçu "kral klubu" ilə anlaşıb. Madirdlilərlə şəxsi müqaviləni razılaşdıran 28 yaşlı oyunçu İspaniyada illik 13 milyon avro qazanacaq. Əgər "Real" mövsümün sonunda La Liqa və Çempionlar Liqasında qalib olarsa, Hazard əlavə 2,5 milyon bonus əldə edəcək. Bundan başqa, "Qızıl top"u qazanacağı təqdirdə Edenə daha 1 milyon avro ödəniləcək.

Qeyd edək ki, Hazardın "Real"la 5 illik müqavilə bağlayacağı bildirilir.









Redaktorun seçimi