"Qalatasaray"dan səfər qələbəsi - VİDEO

Hit: 508
"Qalatasaray"dan səfər qələbəsi - VİDEO

"Qalatasaray" Türkiyə kubokunun 1/8 final mərhələsində ilk oyununu keçirib.

Faktor.az xəbər verir ki, İstanbul klubu səfərdə aşağı dəstə təmsilçisi "Boluspor"un qonağı olub. Matçın taleyini 1 qol həll edib. Səlçuk İnanın 42-ci dəqiqədə penaltidən vurduğu qol "sarı-qırmızılılar"a qələbə qazandırıb. Komandalar arasında cavab oyunu yanvarın 29-da İstanbulda keçiriləcək.

Bu arada Türkiyə kubokunda ilk 1/4 finalçı da müəyyənləşib. Birinci oyunda səfərdə "Kayserispor"u 2:1 hesabı ilə udan "Akhisarspor" evdə qolsuz heç-heçə edərək, adını növbəti mərhələyə yazdırıb.









Redaktorun seçimi