Yığmamız Rusiya klubu ilə heç-heçə etdi

Hit: 228
Yığmamız Rusiya klubu ilə heç-heçə etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını davam etdirən 19 yaşadək futbolçulardan ibarət millimiz bu gün yoxlama oyunu keçirib. 

Faktor.az xəbər verir ki, yığmamız Rusiyanın “Krasnodar-3” komandası ilə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatıb. Yığmamızın heyətində Sərhad Daşdəmir fərqlənib.

Qeyd edək ki, U-19 hazırlıq çərçivəsində növbəti oyununu yanvarın 24-də Küveytin müvafiq yaş qrupundan ibarət komandasına qarşı keçirəcək.

Yoxlama oyunu

22 yanvar

Azərbaycan (U-19) - "Krasnodar-3" (Rusiya) - 1:1

Qol: Sərhad Daşdəmir

Antalya









Redaktorun seçimi