"Qarabağ"ın üçüncü oyununun vaxtı açıqlandı

Hit: 273
"Qarabağ"ın üçüncü oyununun vaxtı açıqlandı

Türkiyədə təlim-məşq toplanışında olan “Qarabağ”ın üçüncü yoxlama oyununun vaxtı açıqlanıb.

Faktor.az klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, yanvarın 23-ü Polşanın "Pyast" klubuna qarşı keçiriləcək görüş Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Qeyd edək ki, "Qarabağ" ilk yoxlama oyununda Macarıstan "Uypeşt"inə 0:1 hesabı ilə uduzub. Ağdam təmsilçisi ikinci matçında Çexiyanın "Bohemians" klubuna 3:1 hesabı ilə qalib gəlib.









Redaktorun seçimi