Premyer Liqamız dünyada neçəncidir?

Hit: 291
Premyer Liqamız dünyada neçəncidir?

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2018-ci ilin yekunlarına əsasən dünyanın milli çempionatların reytinq siyahısını dərc edib.

Faktor.az xəbər verir ki, Topaz Premyer Liqası 306 xalla dünya reytinqində 70-ci pillədə qərarlaşıb. Çempionatımız 2017-ci illə müqayisədə 20 pillə geriləyib.

Qeyd edək ki, siyahıya 1256 xalla İspaniya La Liqası başçılıq edir. İngiltərə 1050 xalla 2-ci, Braziliya 1043 xalla 3-cüdür.









Redaktorun seçimi