"Mançester Yunayted"dən ardıcıl 7-ci qələbə

Hit: 306
"Mançester Yunayted"dən ardıcıl 7-ci qələbə

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti oyununa çıxıb.

Faktor.az xəbər verir ki, "qırmızı şeytanlar" 23-cü turda "Brayton"u qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.

Bununla da "MY" yeni baş məşqçisi Ole-Qunnar Sulşerin rəhbərliyi altında ardıcıl 7 oyunda qələbə qazanıb.

Bu qalibiyyətlə xalını 44-ə yüksəldən "MY" turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, turnir cədvəlində 60 xalla "Liverpul" başçılıq edir. "Mançester Siti" 53 xalla 2-ci, "Tottenhem" 48 xalla 3-cüdür.









Redaktorun seçimi