"Makqreqor yenidən çempion olmaq eşqi ilə yanır" - UFC prezidenti

Hit: 273
"Makqreqor yenidən çempion olmaq eşqi ilə yanır" - UFC prezidenti

İrlandiyalı döyüşçü Konor Makqreqor yenidən rinqə qayıdır.

Faktor.az fanat.az-a istinadən xəbər verir ki, bu barədə UFC-nin prezidenti Dana Uayt açıqlama verib. "Konor daim bizimlə əlaqə saxlayır. UFC-yə qayıtmaq və yenidən çempion olmaq istəyi ilə yanır", - deyə Uayt bildirib.

Təşkilat sədri həmçinin qeyd edib ki, Konor hazırkı çempion Həbib Nurməhəmmədovun ona revanş şansı verməyəcəyinə də inanmır:

"O, hər kəslə döyüşməyə hazırdır. Hətta revanş ala bilməsə belə kimləsə rinqə çıxacaq".









Redaktorun seçimi