Qazaxıstan millisində yeni baş məşqçi

Hit: 257
Qazaxıstan millisində yeni baş məşqçi

Qazaxıstan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Faktor.az "sports.kz"yə istinadən xəbər verir ki, komandanı  Mixal Bilek çalışdıracaq. Onun müqavilə müddəti və digər detallar barədə məlumat verilməyib.

Çexiyalı mütəxəssi bu vəzifədə Stanimir Stoylovu əvəzləyib. 

Qeyd edək ki, Mixel Bilek 2009 - 2013-cü illərdə Çexiya millisinə rəhbərlik edib. Komanda Bilekin rəhbərliyi altında 2012-ci ildə Avropa çempionatının 1/4 finalına qədər yüksəlib. Bilek son olaraq ölkəsinin "Zlin" klubunda işləyib.









Redaktorun seçimi