Braziliyalı hücumçu "Barselona"dan ayrılır

Hit: 284
Braziliyalı hücumçu "Barselona"dan ayrılır

"Barselona"nın mövsümün əvvəlində "Bordo"dan transfer etdiyi Malkom komandadan ayrılacaq.

Faktor.az İspaniya mətbuatına istinadən xəbər verir ki, əsas heyətə düşməkdə çətinlik çəkən braziliyalı futbolçu Kataloniya klubunda qalmaq istəmir. Cəmi 5 oyunda meydana çıxan 21 yaşlı forvard karyerasını başqa komandada davam etdirmək niyyətindədir. Hazırda onunla İngiltərə,İtaliya və Çin klublarının maraqlandığı iddia olunur.

Qeyd edək ki, "Barselona" Malkom üçün Fransa klubuna 41 milyon avro təzminat ödəmişdi.









Redaktorun seçimi