"Barselona" türk şirkətini məhkəməyə verdi - FOTO

Hit: 275
"Barselona" türk şirkətini məhkəməyə verdi - FOTO
"Barselona” Türkiyənin "Barca Tekstil” şirkətini məhkəməyə verib.
 
Faktor.az xəbər verir ki, Kataloniya klubu şirkəti "Barca” brendindən qanunsuz istifadədə ittiham edir. Klub rəhbərliyi şirkətin adının dəyişdirlməsi tələbi ilə çıxış edib.
 
"Barselona”nın İstanbul Fikri ve Sınai Haklar Məhkəməsinə təqdim etdiyi şikayət ərizəsində klubun "Barca” adı ilə tanındığı və dünyanın köklü klublarından olduğu ifadə edilib, 100-dək ölkədə qeydiyyatdan keçmiş markasının mövcudluğu vurğulanıb.
 
"Barca Tekstil”in sahibi Ali Öziçer isə deyib ki, şirkət 1997-ci ildə qurulub və "Barca” italyanca "yaxta” deməkdi. O, bildirib ki, rəhbərlik etdiyi şirkət Almaniya, İtaliya və digər Avropa ölkələrinə geyim satır: "Bu adla bir çox ölkədə qeydiyyatdan keçmiş şirkətik. Bunun üçün İspaniyaya da müraciət etdik, amma rədd cavabı aldıq. "Barselona” klubu da Türkiyədə "Barca” adında bir restoran açmaq istəyir. Bunun üçün müvafiq quruma iki dəfə müraciət ünvanlayıblar. Biz buna etiraz edincə, şirkətimizi məhkəməyə veriblər”.
 








Redaktorun seçimi