"Qəbələ"də braziliyalı futbolçular

Hit: 250
"Qəbələ"də braziliyalı futbolçular

Antalyada təlim-məşq toplanışında olan "Qəbələ" baxışa yeni futbolçular çağırıb.

Faktor.az xəbər verir ki, əyalət təmsilçisi braziliyalı oyunçular -Mateus Fornazari, Kayo Neves, Josiel və Vellerson da Silvanı sınaqdan keçirir. Fornazarri və Neves hücumçu, Vallersonla Josiel isə yarımmüdafiəçidir.

Qeyd edək ki, sözügedən futbolçular dünən "Qəbələ"nin Almaniyanın "Meppen" klubu ilə yoxlama oyununda (1:2) oynamaq imkanı qazanıblar. Vellerson Almaniyanın üçüncü bundesliqa klubuna qol vurmağı da bacarıb. Komandanın baş məşqçisi Sənan Qurbanov oyundan sonra klubun rəsmi saytına açıqlamasında deyib ki, braziliyalılara qarşıdakı oyunda da şans verəcək.









Redaktorun seçimi