"Çox xoşbəxtəm" - Ronaldo

Hit: 286
"Çox xoşbəxtəm" - Ronaldo

"Çox çətin  oyun oldu. Yaxşı oynadıq və çoxlu qol epizodu yaratdıq. Qələbə  qolunu vurduğum üçün xoşbəxtəm. Bu qolu məni və "Yuventus"u sevənlərə həsr edirəm".

Faktor.az xəbər verir ki, bu  sözləri "Yuventus"un futbolçusu  Kriştano Ronaldo İtaliya superkubokunda "Milan"a 1:0 hesabı ilə qalib gələrək fəxri mükafatı qazandıqları oyundan sonra deyib.

"2019-cu ilə kubokla başlamaq istəyirdim. İndi "Yuventus"la birinci titulumu qazanmışam. Çox xoşbəxtəm" - deyə  o bildirib.

Portuqaliyalı hücumçu söyləyib ki, bu hələ uğurlarının başlanğıcıdır: "Biz addımbaaddım irəliləyirik. İndi daha çox kubok qazanmaq üçün çalışmalıyıq. İtaliya çempionu olmaq "Yuventus"un əsas məqsədidir. Hazırda biz turnir cədvəlinə başçılıq edrik. Amma qarşıda uzun və çətin yol var".









Redaktorun seçimi