"Keşlə"nin rəqibi dəyişdi

Hit: 350
"Keşlə"nin rəqibi dəyişdi

Antalyada təlim-məşq toplanışında olan “Keşlə”nin yoxlama oyunu keçirəcəyi rəqiblərindən biri dəyişib.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi yanvarın 23-də əvvəlcədən nəzərdə tutulduğu kimi "CS Concordia Chiajna" (Rumıniya, 1-ci liqa) komandası ilə deyil, Qazaxıstan təmsilçisi “Atırau” ilə qarşılaşacaq. Buna Rumıniya klubunun təlim-məşq toplanışı keçirmək üçün Türkiyəyə getməməsi səbəb olub.

Xatırladaq ki, “Keşlə” ilk yoxlama matçını yanvarın 18-də Özbəkistanın U-23 komandası ilə keçirəcək. Oyun Arkadia otelinin meydançasında olacaq. Matç yerli vaxtla saat 17.00-da başlayacaq.









Redaktorun seçimi