Ronaldo "Yuventus"a kubok qazandırdı - VİDEO

Hit: 459
Ronaldo "Yuventus"a kubok qazandırdı - VİDEO

İtaliya Superkubokunun sahibi müəyyənləşib.

Faktor.az xəbər verir ki, həlledici qarşılaşmada "Yuventus" və "Milan" klubları üz-üzə gəlib. Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək görüş Turin klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Kriştiano Ronaldo vurub.

Qeyd edək ki, A Seriyasının son qalibi olan "Yuventus" ötən mövsüm ölkə kubokunu da qazandığı üçün Superkubok uğrunda matçda məhz finalda məğlub etdiyi Milan təmsilçisi ilə qarşılaşıb.

İtaliya Superkuboku

16 yanvar

"Yuventus" - "Milan" - 1:0

Qol: Kriştiano Ronaldo, 81 









Redaktorun seçimi