Premyer Liqada üç bombardir

150 dəfə oxunub
Premyer Liqada üç bombardir

İngiltərə Premyer Liqasının 22-ci turunun "Brayton"la oyununda (1:0) penaltidən fərqlənən "Liverpul"un hücumçusu Məhəmməd Salah bu mövsüm ölkə çempionatında 14-cü qolunu vurub.

Faktor.az xəbər verir ki, misirli forvard bu göstərici ilə bombardirlik yarışında zirvəni bölüşən Pyer-Emerik Obameyanq ("Arsenal") və Harri Keynə ("Tottenhem") çatıb. Hazırda ən sərrast futbolçuların siyahısında məhz bu "3-lük" qərarlaşıb.

Qeyd edək ki, Salah 14 qolun 3-nü, Keyn 5-ni, Obameyanq isə 1-ni 11 metrlik cərimə zərbəsindən vurub.



Redaktorun seçimi