Salah "Liverpul"a qələbə qazandırdı - VİDEO

135 dəfə oxunub
Salah "Liverpul"a qələbə qazandırdı - VİDEO

İngiltərə Premyer Liqasında 22-ci turun oyunları davam edir.

Faktor.az xəbər verir ki, səfərdə "Brayton"un qonağı olan "Liverpul" rəqibini minimal hesabla məğlub edib. Məhəmməd Salahın 50-ci dəqiqədə penaltidən vurduğu qol mersisaydlılara qələbə qazandırıb.

Qeyd edək ki, bu nəticədən sonra xallarının sayını 57-yə yüksəldən "Liverpul" zirvədəki yerini qoruyub. Liderdən 1 oyun az keçirən "Mançester Siti" 50 xalla 2-ci, 48 xalı olan "Tottenhem" 3-cüdür. "Çelsi" isə 44 xalla 4-ci pillədə qərarlaşıb.<>



Redaktorun seçimi