"Sabah" toplanışa qələbə ilə başladı

180 dəfə oxunub
"Sabah" toplanışa qələbə ilə başladı

Türkiyədə təlim-məşq toplanışında olan "Sabah” bu gün ilk yoxlama oyununu keçirib.

Faktor.az xəbər verir ki, Elşad Əhmədovun komandası Türkiyənin birinci liqasında çıxış edən "Əskişəhərspor”la qarşılaşıb. Antalyada "İC Santai" otelinin stadionunda keçirilən görüş Bakı klubunun qələbəsi ilə başa çatıb. Gənc hücumçu Emil Qasımovun 68-ci dəqiqədə vurduğu qol oyunda yeganə olub.

Qeyd edək ki, Premyer Liqamızın debütantı növbəti qarşılaşmasını yanvarın 16-da Qazaxıstan "Tobol”una qarşı keçirəcək.

Yoxlama oyunu

12 yanvar

16.30 Sabah (Azərbaycan) - Eskişəhərspor (Türkiyə) 1:0

Qol: Emil Qasımov, 68



Redaktorun seçimi