“Qəbələ”dən ayrıldı, Samir Əliyevin köməkçisi oldu

179 dəfə oxunub
“Qəbələ”dən ayrıldı, Samir Əliyevin köməkçisi oldu

2001/2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığma komandasına yeni məşqçi təyin olunub.

Faktor.az xəbər verir ki, “Qəbələ”nin 19 yaşlılardan ibarət komandasının baş məşqçisi Emin İmaməliyev 2001/2002-ci il təvəllüdlü futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Samir Əliyevin köməkçisi təyin olunub. İmaməliyev artıq “Qəbələ”dəki postundan ayrılıb.

İmaməliyevin çalışdırdığı “Qəbələ”nin U-19 komandası bir müddət əvvəl UEFA Gənclər Liqasında çıxış etmiş və mərhələ adlamışdı.



Redaktorun seçimi