Almeyda "Qarabağ"ın düşərgəsində

125 dəfə oxunub
Almeyda "Qarabağ"ın düşərgəsində

Millimizin yarımmüdafiəçisi Riçard Almeyda artıq "Qarabağ"ın düşərgəsindədir.

Faktor.az xəbər verir ki, o, Antalyada təlim-məşq toplanışında olan komandaya qoşulub.

Klubun baş meneceri Asif Əsgərov sosial şəbəkdə  Almeyda ilə şəklini paylaşıb.

Hazırda Qazaxıstan “Astana”sına məxsus olan Almeydanın Ağdam klubuna 1 illik icarə qaydasında keçəcəyi bildirilir. Müqavilənin imzalanması haqda rəsmi xəbərin yaxın vaxtlarda açıqlanacağı gözlənilir.

Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi “Qarabağ”ı 2017/18 mövsümünün sonu tərk edərək “Astana”ya keçib.



Redaktorun seçimi