Sesk Fabregas rəsmən "Monako"da

170 dəfə oxunub
Sesk Fabregas rəsmən "Monako"da

"Monako" "Çelsi"nin futbolçusu Sesk Fabregası transfer edib.

Faktor.az klubun saytına istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi ilə 2022-ci ilin iyununa kimi müqavilə imzalanıb.

Britaniya mətbuatı bu transfer üçün "Monako"nun London təmsilçisinə 10 milyon avro təzminat ödəyəcəyini yazıb.

Qeyd edək ki, S.Fabregas 2014-cü ildə "Barselona"dan transfer olduu "Çelsi"də ümumilikdə 198 matçda 22 qol vurub, 57 qolun ötürməsini verib.



Redaktorun seçimi