"Zirə" və "Sumqayıt" yarımfinalda - YENİLƏNİB

Hit: 828
"Zirə" və "Sumqayıt" yarımfinalda - YENİLƏNİB

Bu gün ölkə kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start verilib.

Faktor.az xəbər verir ki, ilk oyun günündə 2 qarşılaşma keçirilib. Günün ilk matçı “Bayıl Arena”da oynanılıb. Burada “Zirə” “Səbail”in qonağı olub. İlk oyunda rəqibinə 1:0 hesabı ilə qalib gələn Samir Abasovun komandası cavab görüşündə də qələbə qazanıb - 3:2. Bununla da "Zirə" yarımfinala yüksəlib.

Günün ikinci qarşılaşması isə Sumqayıtda keçirilib. Şəhərin eyniadlı komandası doğma azarkeşləri önündə “Neftçi”ni qəbul edib. Oyun qonaqların qələbəsi ilə yekunlaşıb - 1:0. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv ilk görüşdə səfərdə 2:0 hesabı ilə qalib gəldiyindən, növbəti mərhələ adlayıb. Premyer Liqanın lideri olan "Neftçi" isə mübarizəni dayandırıb.

Qeyd edək ki, 1/4 finalın son 2 oyunu sabah keçiriləcək.

Azərbaycan kuboku

1/4 final mərhələsi, cavab oyunları

19 dekabr (çərşənbə)

19:00. “Sumqayıt” – “Neftçi” - 0:1

Qol: Namiq Ələskərov, 43

Qırmızı vərəqə: Arif Daşdəmirov, 87 ("Sumqayıt")

İlk oyun: 2:0

Hakimlər: Orxan Məmmədov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı

“Kapital Bank Arena”

16:00. “Səbail” – “Zirə” - 2:3

Qollar:Adrian Skarlatake, 3-avtoqol (1:0), Adil Nağıyev, 45+2 (1:1), Pərdis Fərcad-Azad, 63 (1:2),Adil Nağıyev, 73(1:3),  Ruslan Qurbanov, 83 (2:3)

İlk oyun: 0:1

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Knyaz Əmiraslanov, Rəşad Əhmədov

“Bayıl Arena”









Redaktorun seçimi