Ronaldo yanvarda "Yuventus"a keçmək istəyib

Hit: 333
Ronaldo yanvarda "Yuventus"a keçmək istəyib

Bu ilin yayında "Yuventus"a transfer olunan Kriştiano Ronaldo yanvarda Turin klubuna keçmək istəyib.

Faktor.az "Marca"ya istinadən xəbər verir ki, bu barədə portuqaliyalı hücumçunun agenti Jorje Mendeş məlumatverib: "Kriştiano yanvarda "Yuventus"a keçmək istədiyini dedi. Sözün düzü, onda mən bu keçidin çətin ola biləcəyini düşündüm. Ronaldoya bunun alınıb-alınmayacağına əmin olmadığımı bildirdim. Amma "Real"la danışıqlar 2-3 ay ərzində nəticəsini verdi. Birinci ciddi müzakirələr apreldə başlandı. O zaman"Real" və "Yuventus" öz aralarında Çempionlar Liqasında oynayırd"ı.

Qeyd edək ki, Ronaldo yayda 112 milyon avroya "Real"dan "Yuventus"a transfer olunub. O, Turin klubunda 12 qol vurub.

 









Redaktorun seçimi